Stalinin “ölüm maskası” rekord qiymətə satıldı - FOTO


16:12     12 Avqust 2018 18_08_12_1534060192.jpg

Keçmiş SSRİ lideri İosif Stalinin ölümündən sonra üzünün qəlibindən hazırlanan bürünc maskalardan biri İngiltərədə hərraca çıxarılıb.


Femida.az yenicag.-a istinadən xəbər verir ki, "ölüm maskası" adı verilən maska və yanındakı iki əl fiquru gözləniləndən xeyli yüksək qiymətə - 17200 dollara satılıb.

Maskanı alan kolleksiyaçının hərraca xarici ölkədən telefon vasitəsilə qoşulduğu bildirilir.Qeyd edək ki, Stalinin belə bir maskası 2012-ci ildə 4500 dollara satılmışdı.

Açar sözlər:

Oxunub: 440