Aliment borcuna görə Həccə yollana bilmədi
18:08 12 Avqust 2018
Tatarıstan vətəndaşı keçmiş ailəsi ilə bağlı aliment borclarına görə Həcc ziyarətinə yollanmaq imkanından məhrum olub.
Bu haqda "Tatar-inform" agentliyi xəbər yayıb. Məlumata görə, adı çəkilməyən tatar müsəlmanlardan biri həftənin əvvəlində Həcc səfəri üçün evindən çıxıb yola düşsə də, sərhəd xidməti tərəfindən saxlanılıb. Buna səbəb onun ödəmədiyi aliment borcları olub.
Tatarıstan Müsəlmanlarının Ruhani İdarəsində informasiyanı təsdiqləyiblər. "Bu, qanunauyğun bir haldır. Biz həmişə hər kəsə deyirik ki, hər bir müsəlman məsuliyyətli insan olmalıdır. Rusiya Federasiyasının sərhədinə gəlməmişdən öncə kredit, aliment və s. borclarını ödəyib-ödəmədiyini düşünməlidir... Belə problemlərlə Tatarıstanda hər il rastlaşırıq", - deyə Tatarıstan müftisinin müavini Rüstəm həzrət Valiullin bildirib. /Moderator.az/
Femida.az
Oxunub: 229
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi aliment ala bilməyən vətəndaşlara çağırış edib
- Aliment borcuna görə axtarışa verilən şəxslərin sayı açıqlanıb
- Məhkəmələrdə aliment tutulmasına dair işlərə iki ay müddətində baxılacaq
- Ötən il Dövlət Komitəsinə 6,5 min müraciət i olub - Əksəriyyəti alimentlə bağlıdır
- Bu il aliment borcunu ödəməyən 943 nəfər həbs edilib
- Aliment ödəməyən ata həbs olundu - VİDEO
- Ötən il aliment borcunu ödəməyən 2011 nəfər həbs edilib
- Alimenti ödəyə bilməyən 38 kişi barəsində cinayət işi başlanılıb
- Aliment və icra borclarını ödəmək "ASAN"laşdı
- 2019-cu ildə Ombudsmana 25 min müraciət edilib - Aliment problemi birincidir