Salyanda qəza: 3 nəfər xəsarət alıb

Salyanda qəza: 3 nəfər xəsarət alıb

17:45     12 Avqust 2018 qeza_avto.jpg

Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota” markalı maşınla digər minik avtomobilinin toqquşması nəticəsində Salyan şəhər sakini, 1961-ci il təvəllüdlü Mənəfov Məhəmməd Yaqub oğlu, Hacıqabul rayon sakinləri - 1956-cı il təvəllüdlü Ağarəhimov Həsən Məmməd oğlu və onun 1957-ci il təvəllüdlü həyat yoldaşı Ağarəhimova Simuzər Canı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Açar sözlər:

Oxunub: 181