Rusiyadan Türkiyəyə dəstək - Moskva dollara "yox" dedi


14:12     13 Avqust 2018 18_08_13_1534140748.jpg

“ABŞ aktivlərinə sərmayələrimizi əhəmiyyətli dərəcədə azaltdıq və azaltmaqda davam edəcəyik. Dollar yerinə də daha çox avro və Çin yuanından istifadə edəcəyik”.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın maliyyə naziri Antuan Sliuanov deyib:

“ABŞ dolları beynəlxalq ticarətdə təhlükəli vasitə olmağa başlayıb. Yanacaq ticarətində də milli valyutaya keçməyi dəyərləndiririk. ABŞ-ın sanksiyaları amerikalılara geri qayıdacaq”.

Xatırladaq ki, bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin, Rusiya, İran, Ukraynayla ticarəti milli valyuta ilə aparmağı planlaşdırdıqlarını demişdi.

Açar sözlər: #Türkiyə   #Rusiya   #ABŞ   #Putin   #Ərdoğan   #Tramp  

Oxunub: 226