Ermənistanda biznesmenlər aksiya keçirir
15:30 13 Avqust 2018
Ermənistanın Ararat əyalətinin Artaşat şəhərində bizneslə məşğul olan şəxslər etiraz aksiyası keçirirlər.
Erməni KİV-ləri xəbər verir ki, orta və xırda sahibkarlar, mağaza və dükan sahibləri Ermənistanın Vergilər Nazirliyinin nümayəndələrinin işindən narazılıq edirlər.
Səhər tezdən aksiyaya başlayan tacirlər bəyan edirlər ki, vergi orqanları işçilərinin özbaşınalığı və dükan sahiblərinə təzyiqi sərhəd tanımır.
“Onlar bütün şəhəri terrora bürüyürlər, hamını qorxudurlar. 13-14 nəfər vergi işçisi birləşib yoxlamalar aparırlar. 300 min dram məbləğində malı olan mağazalara 500-600 min dram cərimə kəsirlər. Təlimata uyğun olaraq kassa-nəzarət aparatlarını yoxlamağa gələrkən qanun pozuntusu aşkarlamayanda başlayırlar təlimatsız formada işçiləri yoxlamağa. Təki yoxlamağa və cərimə yazmağa bir bəhanə olsun.” – deyə, etiraz edən tacirlərdən biri bəyan edib.
Aksiyanın kütləviləşdiyini görən Ermənistanın Dövlət Gəlirləri Komitəsinin başçısı David Ananyan hazırda etirazçılarla görüşə gəlib. (AzVision.az)
Femida.az
Oxunub: 342
Oxşar xəbərlər
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi
- Ermənistanda 2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrində saxlanılır
- Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Ermənistanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb