Qəza törədən sürücü məhkəmə zalında həbs edilib


20:42     13 Avqust 2018 hebs7.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zaur Rəcəbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarət qətimkan tədbiri seçilmiş Z.Rəcəbov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə bu il fevralın 16-da Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə sakini Z.Rəcəbov idarə etdiyi "NAZ Lifan" markalı avtomobili yolun kənarında dayanmış, həmyerlisi Ağası Ağayevə məxsus "VAZ-2106" markalı avtomobilə vurub. Nəticədə A.Ağayev hadisə yerində ölüb, Z.Rəcəbov xəstəxanaya yerləşdirilib.

Daha sonra onun barəsində polis nəzarət qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 205