Pakistandan Türkiyəyə DƏSTƏK


23:24     13 Avqust 2018 2018/08/FAC06CAF-0F15-4BFB-AC56-38EFB7F5E7B3_1534174015.jpeg

Pakistan Xarici İşlər Nazirliyi ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaları tənqid edib.

“Türkiyə dünya iqtisadiyyatının əhəmiyyətli və hərəkətverici hissəsidir. Pakistan xalqı və milləti növbəti dəfə Türkiyəyə onun sülhə və çiçəklənmə istiqamətindəki səylərini dəstəklədiyini bəyan edir. İslamabad daim bu ümumi məqsədlərə çatmaq üçün Ankaranın yanında olacaq”, - deyə Pakistan XİN bəyanatında bildirilir.

Bəyanatda qeyd edilir ki, Pakistan hər hansı bir ölkəyə qarşı bir tərəfli sanksiyaların tətbiq edilməsinə qarşıdır, belə ki, problemləri könüllü və danışıqlar yolu ilə həll edilməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 354