Evdən 20 minlik qızıl oğurlanıb


23:53     13 Avqust 2018 qizil1.jpg

Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini Vidadi Hüseynov avqustun 12-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 20000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəlilər müəyyən edilib, Neftçala rayon sakini Murad Ələkbərov və Salyan rayon sakini Nuruş Əmənov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 206