NASA "Parker Solar Probe" peykini Günəşə göndərib
01:30 14 Avqust 2018
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 12 avqust 2018-ci il tarixində "Parker Solar Probe" peykini Günəşə göndərib.
Trend-in məlumatına görə, Florida ştatının "Kanaverel" kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır.
"Parker Solar Probe"nin 7 il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord yaxın məsafədə - 8.86 Günəş radiusu və ya 6.1 milyon km yaxınlaşması planlaşdırılır.
Dəyəri 1,5 milyard dollar olan peykin birbaşa Günəş tacına (temperaturu milyon dərəcə) daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.
Oxunub: 227
Oxşar xəbərlər
- Bakı metrosunda qatarda nasazlıq yaranıb
- İnstaqram və feysbukun işində növbəti dəfə nasazlıqlar yaranıb
- AZAL-ın təyyarəsi texniki nasazlığa görə eniş edib
- AZAL-ın təyyarəsi kondisionerdəki texniki nasazlıqla bağlı eniş edib
- Direktor vəzifəsinə işə qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
- DYP-dən nasaz avtomobillərlə bağlı müraciət
- “Telegram”da nasazlıq yaranıb
- Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb
- NASA Ayda su tapdı
- NASA-dan xəbərdarlıq: Bu il çox nadir bir hadisə olacaq