Azərbaycan Ukraynadan şəkər idxalını azaldıb


13:19     14 Avqust 2018 2018/08/22DF091F-DD4D-4D34-8ADB-E5988B90D18B_1534223146.jpeg

Azərbaycan cari ilin iyul ayında Ukraynadan şəkər idxalını 50 faizə yaxın azaldıb.

Femida.az "Report"a istinadən bildirir ki, bu barədə "Ukrtsukor" assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan iyulda ötən aya nisbətdə (iyunda 5 faiz) 11 min 10 ton şəkər idxal edib ki, bu da ümumi ixracın 3 faizini təşkil edir.

Ukrayna istehsalçıları cari marketinq ilinin iyul ayı ərzində ümumilikdə 36,7 min ton şəkər ixrac ediblər ki, bu da ötən ayla müqayisədə 46 faiz azdır.

İyulda əsas tədarük Özbəkistana həyata keçirilib - 89 faiz. Həmçinin Moldovaya 4, Tacikistana isə 2 faiz şəkər ixrac olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 211