Bakının 3 rayonunda qaz olmayacaq


13:29     14 Avqust 2018 qazzz.jpg

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri ilə əlaqədar bu gün paytaxtın bir neçə rayonunda qaz verilişində fasilələr olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, yeni çəkilmiş diametri 530 mm-lik Əzizbəyov dairəsi Modul “30-cu sahə Qaz Paylayıcı Stansiyası” magistral qaz kəmərinin 294 metrlik və 325 mm-lik, “30-cu sahə-Qazanlar Qaz Paylayıcı Stansiyası” magistral qaz kəmərinin 125 metrlik hissəsinin mövcüd şəbəkəyə birləşdirilməsi ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Bakı şəhəri Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Sabunçu rayonu Bakıxanov qəsəbəsinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Femida.az

Açar sözlər:

Oxunub: 158