Türkiyəyə hücuma izn verməyəcəyik - İraqdan böyük jest


14:22     14 Avqust 2018 18_08_14_1534227916.jpg

İraq öz ərazisindən Türkiyəyə hücuma izn verməyəcək.

Femida.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında İraq Baş naziri Heydər Abadi deyib.

O həmçinin Türkiyəyə səfər zamanı rəsmi Ankara ilə su resurslarının birgə istifadəsi, iqtisadiyyat və investisiya məsələlərini müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə, İraq bundan sonra da mehriban qonşuluq siyasətini davam etdirəcək.

Qeyd edək ki, H.Abadinin bu gün Türkiyəyə səfəri gözlənilir.

Açar sözlər: #İraq   #Türkiyə   #Erdogan  

Oxunub: 413