Nazirlər təcili Türkiyəyə toplaşır – DETALLAR


15:06     14 Avqust 2018 2018/08/d517bb7f9560b0593923552955606_1534230781.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ankaraya səfəri başlayır.



Femida.az xəbər verir ki, avqustun 14-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək və Türkiyənin beynəlxalq təşkilatlar yanında səfir və daimi nümayəndələrinin müşavirəsində iştirak edəcək.

Nazirlər görüş zamanı Suriyada əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafı kimi mövzuları müzakirə edəcəklər. Bundan əlavə, söhbət Ön Qafqaz, Mərkəzi Asiya, Ukrayna, Qara dəniz bölgəsi və Yaxın Şərqdə işlərin vəziyyəti barədə olacaq.

Xarici siyasət idarələrinin rəhbərləri həmçinin "Türk axını" qaz kəmərinin tikintisi və "Akkuyu" AES-nin inşasından danışacaqlar. Həmçinin müxtəlif səviyyələrdə əlaqələrin qarşıda duran cədvəlinə nəzər yetiriləcək.

Qeyd edək ki, İraq Baş naziri Heydər Abadi də bu gün Türkiyəyə səfər edəcək.

Femida.az

Açar sözlər: #İraq   #Türkiyə   #Erdogan   #Rusiya   Nazir   #Dollar  

Oxunub: 323