Bayram namazının vaxtı açıqlandı
15:31 14 Avqust 2018
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.
Femida.az xəbər verir ki, ilk bayram namazı avqustun 22-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 9:00-da isə Təzəpir məscidində qılınacaq.
Eyni zamanda, Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə bayram namazını Təzəpir məscidində qılacaq.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 22-si və 23-ü qeyri-iş günüdür.
Oxunub: 408
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Bakıda və Abşeronda Qurban bayramı yarmarkası keçiriləcək
- Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb
- Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
- Azərbaycanda Qurban bayramıdır
- Prezidentdən Qurban bayramı PAYLAŞIMI
- "Qurban bayramınını qalib xalq kimi qeyd edirik" - Millət vəkili
- İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
- Hərbi hissələrdə Qurban bayramı qeyd edilir
- İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib