Bayram namazının vaxtı açıqlandı


15:31     14 Avqust 2018 namaz1_397.jpg

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.


Femida.az xəbər verir ki, ilk bayram namazı avqustun 22-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 9:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə bayram namazını Təzəpir məscidində qılacaq.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 22-si və 23-ü qeyri-iş günüdür.

Açar sözlər: #Qurban_bayramı   #Namaz_vaxti  

Oxunub: 407