Nazirlikdən əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

Nazirlikdən əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ


17:26     14 Avqust 2018 yagis%20yagir5.jpg

Sinoptiklər ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a bildiriblər ki, avqustun 15-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı proqnozlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 50