Qanunsuz ov edən şəxs cərimələndi


19:22     14 Avqust 2018 qanunsuz%20ovcu.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunsuz ov edilməsi hallarının qarşısını almaq məqsədilə Qobustan rayonu ərazisində reyd keçirilib.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, reyd zamanı rayonun Çuxanlı kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılaraq ondan ov tüfəngi və ovlanmış tülkü götürülüb.

Araşdırma zamanı qanun pozucusunun Qobustan rayon sakini Şahin Maksudov olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və ona qanunamüvafiq qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 196