Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq
19:35 14 Avqust 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq.
ƏƏSMN-dən Femida.az-a verilən məlumata görə, nazirlik tərəfindən Fondun Əsasnamə layihəsi hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim olunub.
Dövlət Əməyin Mühafizəsi Fondu əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verəcək.
Fond əməyin mühafizəsi sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etməklə, bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsini, əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasını dəstəkləyəcək. Müvafiq sahə üzrə mütəxəssislərin hazırlanmasının, əməyin mühafizəsi sahəsində təbliğat-maarifləndirmə işlərinin təşkili, işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta edilməsinin təbliği və s. də Fondun fəaliyyət istiqamətləri olacaq.
Qeyri-kommersiya qurumu kimi təşkil ediləcək Fond dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək.
Əmək Məcəlləsinə və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin Fərmanına əsasən Dövlət Əməyin Mühafizəsi Fondunun ƏƏSMN-nin tabeliyində yaradılması nəzərdə tutulub.
Oxunub: 215
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib