Keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayıb


22:11     14 Avqust 2018 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Rəşad İbrahimzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.



Femida.az -ın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 20-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il mayın 1-də Nərimanov rayonu ərazisində, "Şərq bazarı"nın yanındakı "Atlas" klinikasının qarşısında baş verib.

Gəncə şəhər sakini R.İbrahimzadə qısqanclıq zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan tanışı, Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib. Nəticədə Z.İbrahimova hadisə yerində ölüb, E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Daha sonra hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı R.İbrahimzadə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 197