Metrodan istifadə edən turistlərin sayı artıb


22:33     14 Avqust 2018 metro.jpg

Ötən illə müqayisədə bu il Bakı metrosundan istifadə edən əcnəbi turistlərin sayında artım var. Sərnişinlərin hər onundan üçü xaricilərdir.


Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, turistlər ən çox şəhərin mərkəzi hissələrinə üz tutduqları üçün onlar əsasən "İçərişəhər", "Sahil" və "28 May" metro stansiyalarından istifadə edirlər.

B.Məmmədov deyib: “Bizim öz araşdırmalarımıza görə, xarici turistlərin əksəriyyəti "İçərişəhər" metro stansiyasından istifadə edirlər. İslam Oyunları ərəfəsində daha çox müsəlman ölkələrindən olan turistləri görürdüksə, bu gün MDB ölkələrindən olanlar üstünlük təşkil edir. "Sahil" və "28 May" stansiyalarından da istifadə edən xeyli turist var”.

Açar sözlər:

Oxunub: 188