Azərbaycanda hotellərin Avropa təsnifatı tətbiq olunacaq
20:36 14 Avqust 2018
Azərbaycanda hotellərin Avropa təsnifatı tətbiq olunacaq.
Femida.az Trend-ə istinadən bildirir ki, bunu Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (HOTREC) vitse-prezidenti Akos Niklay mətbuat konfransında deyib.
A.Niklay bildirib ki, Azərbaycan assosiasiyaya üzv olduqdan sonra bu, mümkün olacaq. Azərbaycan hotelləri bu təsnifata könüllü şəkildə qoşula bilər:
"Müsbət amil odur ki, Azərbaycan hökuməti turizm sahəsində islahatlara hazırdır. Hesab edirəm ki, növbəti addım ölkənin HOTREC-ə üzvülüyü olacaq. Biz, öz növbəmizdə həm Bakıda, həm də regionlarda hotellərlə, orta və ali tədris müəssisələri ilə tanış olmaq niyyətindəyik. Ümumilikdə ölkənin turizm sahəsində böyük potensialı var və bunu inkişaf etdirmək lazımdır".
Femida.az
Oxunub: 161
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib