Elektrik kabellərini gömrükdən qanunsuz keçirmək istədilər - VİDEO

Elektrik kabellərini gömrükdən qanunsuz keçirmək istədilər - VİDEO

21:38     14 Avqust 2018 2018/08/gm-1534251791_1534254073.jpg

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

Komitədən Femida.az-a daxil olan məlumata görə, təkrar baxış zamanı nəqliyyat vasitəsindən gömrük orqanıına bəyan olunmayan 36 top müxtəlif ölçülü elektrik kabelləri, 9 qutu plastik kabel kanalları və 12 top elektrik izolyasiya boruları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 0