Qarpız ucuzlaşdı

Qarpız ucuzlaşdı

23:58     14 Avqust 2018 qarpiz8.jpg

Yayın qızmar günlərində bahalaşan qarpızın qiyməti düşüb.

Femida.az xəbər verir ki, hazırda pərakəndə ticarət şəbəkələrində qarpızın kiloqramı 0,40 manat təşkil edir.

Lakin qarpızın ucuzlaşması əhalini razı salmayıb. Belə ki, alıcılar məhsulun keyfiyyətinin aşağı olduğunu irəli sürürlər:

“Qarpızın dadı və şirinliyi yoxdur. Hazırda bazarda satılan yerli qarpız deyil. Yerli qarpızın forması və dadı başqa olur”.

Satıcılarla söhbət zamanı öyrəndik ki, bazarda satışda olan qarpız respublikanın cənubundan və İrandan gətirilir:

“Məhsul, əsasən, Cəlilalabaddan və İrandan gətirilir. Düzdür, qarpızın şirinliyi Sabirabad qarpızı qədər deyil”.

Satıcılar qeyd edir ki, ölkədəki tələbatı nəzərə alaraq, İrandan qarpız idxal edilib.

Xatırladaq ki, cari ildə qarpız az əkildiyindən bazarda bu məhsulun qiyməti kiloqram üçün 1 manata qədər yüksəlmişdi.

Açar sözlər:

Oxunub: 5