Türkiyə ABŞ-ın tikinti materiallarından imtina edir

Türkiyə ABŞ-ın tikinti materiallarından imtina edir


02:11     15 Avqust 2018 2018/08/FB2254AB-B74F-4804-9FF1-689D80DA1FB0_1534270462.jpeg

Türkiyənin Ətraf Mühitin Mühafizə və Şəhərsalma nazirliyi ABŞ-ın tikinti materiallarının istifadəsindən imtina edəcək.

Bu barədə ətraf mühitin mühafizə və şəhərsalma naziri Murat Kurum bildirib. Onun sözlərinə görə, bu, Amerika hökumətinin valyuta kurslarına çirkli müdaxiləsinə cavab addımıdır.

Kurum deyib ki, Türkiyənin daşınmaz əmlak bazarına ciddi təsir göstərəcək yol xəritəsi üzərində işlər aparılır.

“Daşınmaz əmlak sahəsinin aparıcı nümayəndələri 2016-cı il hərbi çevriliş cəhdindən sonra vətəndaşları dəstəkləmək üçün təqdirəlayiq addımlar atıblar. Ölkəmizin iqtisadi blokadasına cavab olaraq indi də analoji dəstək göstəriləcək, vətəndaşlara məqbul qiymətlərlə ev almaq imkanı yaradılacaq”, - nazir qeyd edib.


Femida.az

Açar sözlər:

Oxunub: 16