İran neft qiymətlərini endirdi

İran neft qiymətlərini endirdi

02:25     15 Avqust 2018 iran%20telim.jpg

İran Neft Nazirliyindən bir rəsmi, İRNA informasiya agentliyinə verdiyi bəyanatda: " İran neft qiymətlərini endirdi". Qərar beynəlxalq neft bazarının tələbləri və digər neft ixrac edən ölkələrin qiymətləri endirdikləri nəzərə alınaraq qəbul edilib" deyib.

İranlı rəsmi, qiymətlərin neçə faiz endirildiyi haqqında məlumat verməyib. Ancaq bəzi media orqanları bu endirimin 0.60 ilə 0.8 dollar arasında olduğunu irəli sürüblər.

Qeyd edək ki, İran gündə 2 milyon 200 min barel neft ixrac edir. Bunun 50% Çin və Hindistana, 25%-ni Avropa ölkələrinə, bir hissəsini də Cənubi Koreya və Yaponiyaya çatdırır.

Femida.az

Açar sözlər:

Oxunub: 4