Bu rayonda kanat yolu çəkiləcək

Bu rayonda kanat yolu çəkiləcək

13:15     15 Avqust 2018 18_08_15_1534310260.jpg


Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən Naftalanın xarici turistlər üçün cəlbediciliyini daha da artırmaq məqsədilə şəhərdə 1,7 kilometrlik kanat yolunun çəkilməsi nəzərdə tutulub.

Femida.az xəbər verir ki, bu barədə Femida.az-a məlumat verən Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev bildirib ki, yeni layihə Nazirlər Kabinetinin Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair Baş planına salınıb.

Ülfət Əliyev deyib ki, bu cür layihə respublikamızın qərb bölgəsində ilk dəfə icra olunacaq. Həmçinin kanat yolunun çəkilişi Naftalana böyük iqtisadi səmərə gətirəcək və şəhərin beynəlxalq turizm potensialını daha da artıracaq.

Femida.az

Açar sözlər: #kanat   #yol  

Oxunub: 3