Qarabağ qazilərinin rütbəsi artırılıb - Hadı Rəcəbli

"Qarabağ qazilərinin rütbəsi artırılıb" - Hadı Rəcəbli

13:31     15 Avqust 2018 18_08_15_1534310984.jpg


"Azərbaycanda torpaqlarımızın azadlığı uğrunda qazi olmuş bəzi zabitlərin hərbi rütbəsi artırılıb. Onların bir neçəsinə növbəti hərbi rütbələr verilib. Amma biz bu işin mütəmadi olaraq aparılmasının tərəfdarıyıq. Ancaq neçə qazi zabitlərimizin rütbəsinin artırılması ilə bağlı isə məndə məlumat yoxdur”.

Femida.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Deputat bildirib ki, Azərbaycanda hərbçilərə, vətən uğrunda şəhid və qazi olmuş şəxslərə hər zaman böyük diqqət göstərilir:

"Onların sosial müdafiəsi gücləndirilir, mənizllərlə, işlə təmin olunurlar. Həmçinin şəhid ailələrinin övladları pulsuz təhsil alırlar. Bu qayğılar Azərbaycanda var. Mən istərdim ki, onlara göstərilən qayğı daha da çox olsun”.



Qeyd edək ki, aprel döyüşlərinin iştirakçısı kapitan Hikmət Məmmədov özünün "Facebook” sosial şəbəkəsindən deputatlara müraciət edib. O deputatlardan xahiş edib ki, torpaq uğrunda qazi olmuş zabitlərin rütbələrinin və vəzifələrinin zamanı gəldikdə yüksəlməsi ilə bağlı məsələni parlament tribunasında qaldırsınlar.

Femida.az

Açar sözlər: #qazi   #Qarabağ   #deputat   #Hadı_Rəcəbli  

Oxunub: 3