Lənkəranda gənc qadın bıçaqlandı - Yaxınları hadisəni gizlətdi

Lənkəranda gənc qadın bıçaqlandı - Yaxınları hadisəni gizlətdi


14:59     15 Avqust 2018 18_08_15_1534316383.jpg


Lənkəran rayonunda gənc qadın ağır xəsarət alıb.

Femida.az-ın istinadən məlumatına görə, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 50 ünvanında qeydiyyatda olan 1994-cü il təvəllüdlü Əlizadə Gülsüma Ceyhun qızı axşam saat 21:30 radələrində bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Yaxınları G.Əlizadənin ehtiyatsızlıqdan xəsarət aldığını söyləyiblər. Yaralının tibbi müayinəsi zamanı onun sağ qoltuqaltı nahiyəsində, sağ qolun iç nahiyəsində və sağ budun sağ nahiyələrində daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaraların olduğu müəyyən edilərək cərrahi əməliyyat olunub.

G.Əlizadə əvvəllər ailəli olub.

Əldə olunan məlumata görə, hadisə ailə münaqişəsi zəminində Elşən adlı yaxın qohumu tərəfindən törədilib.

Femida.az

Açar sözlər: #Lənkəran   #bıçaqlanma   #qadın  

Oxunub: 42