Maşından zibil atdı - 500 manat xərcə düşdü
15:33 15 Avqust 2018
Samur-Yalama Milli Parkının 8 saylı meşə dolayının yaşayış məntəqəsi ilə həmsərhəd hissəsinə 10-BK-598 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən məişət tullantılarının atıldığı məlum olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Yalama Polis Bölməsinə müraciət edilib.
Araşdırma zamanı əraziyə tullantı atan şəxsin Xaçmaz rayon Maqsudkənd kənd sakini Aydın Əfəndiyev olduğu müəyyən olunub.
Faktla bağlı A.Əfəndiyev barəsində protokol tərtib olunub və o İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manat məbləğində cərimə edilib.
Tullantı atılan ərazi milli parkın əməkdaşlarının nəzarəti ilə qanun pozucusu A.Əfəndiyev tərəfindən təmizlənib.
ETSN bütün şəxslərə müraciət edir ki, belə hallarla rastlaşarkən dərhal nazirliyə və nazirliyin 168 nömrəli "Qaynar xətt"inə məlumat versinlər.
Femida.az
Oxunub: 463
Oxşar xəbərlər
- Maşından külli miqdarda pul oğurlandı
- Maşından 2 kq-dan artıq heroin götürüldü
- Maşından meyit tapıldı
- Maşından 3 qadın və 1 kişinin meyiti belə çıxarıldı (18+VİDEO)
- Maşından bank kartı oğurlayıb pul çıxardı
- Maşından 2000 manatlıq oğurluq olub
- Maşından oğurluq edən şəxslər tutulub
- Maşından “TT” markalı tapança çıxdı
- Maşından 14 min manat oğurlanıb
- Maşından yarım kilo heroin çıxdı