AMEA-nın institutlarında nöqsanlara yol verilib

AMEA-nın institutlarında nöqsanlara yol verilib

15:47     15 Avqust 2018 amea_042.jpg

Azərbaycan Milli Elmlər Akademiyasının tabeçiliyində olan elmi-tədqiqat institutlarında aparılan nəzarət tədbirləri ilə “Dövlət satınalmaları” haqqında qanunun tələblərinə zidd olaraq satınalma metodlarından istifadə etmədən malların (iş və xidmətlərin) satın alındığı, bəzi hallarda müvafiq xərc maddələrində nəzərdə tutulan vəsaitlərin hissələrə bölünərək tender əvəzinə katirovka sorğularının keçirildiyi müəyyən olunub.

Femida.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu ilin I yarısında apardığı nəzarət tədbirlərində bildirilib.

Qeyd olunub ki, beynəlxalq konfransların keçirilməsi ilə əlaqədar hədiyyələrin paylanması və ziyafətlərin verilməsi barədə tərtib edilən hesabatlara Azərbaycan tərəfdən iştirak edən şəxslərin də adlarının daxil edildiyi, ezamiyyə qaydalarının pozulması hesabına artıq ezamiyyə xərclərinin ödənildiyi və mühasibat uçotunun tələb edilən səviyyədə aparılmadığı kimi nöqsanlara yol verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 4