Azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü
16:28 15 Avqust 2018

Azərbaycanlı gənc Türkiyədə yol qəzasında həlak olub.
Femida.az-ın məlumatına görə, İzmirdə yaşayan qohumlarını görmək üçün Türkiyəyə gedən 16 yaşlı Azərbaycan vətəndaşı Nail Quliyev motosiklet qəzasına düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 95