Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq
16:49 15 Avqust 2018
16 avqust tarixindən etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işlərinə start verilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, təmir işləri yolun Quba istiqamətində aparılacaq. Təmir işləri bir-neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Quba istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.
Yaranacaq müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Femida.az
Oxunub: 434
Oxşar xəbərlər
- Bakı-Quba yolunda TIR-ın iştirakı ilə qəza baş verib, ölən var
- Bakı-Quba yolunda qəza olub - FOTO
- Bakı-Quba yolunda təmir işlərinə başlandı
- Bakı-Quba yolunda qorxunc hadisə - 5 NƏFƏR...
- Bakı-Quba yolunda qəza baş verib
- Bakı-Quba yolunda iki maşın toqquşub, ölən və xəsarət alan var
- Bakı-Quba yolunda ağır qəza oldu - 3 nəfər xəsarət aldı (VİDEO)
- Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb
- Bakı-Quba yolunda çatlar yaranıb
- Bakı-Quba yolu yenidən qurulacaq