İki piyada yol qəzasında ölüb


17:24     15 Avqust 2018 piyada_olumu_233.jpg

Avqustun 14-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Şüriyyə Həsənov idarə etdiyi “İsuzu” markalı, 62 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini , azyaşlı Aygün Binnətovanı vurub.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Eyni zamanda Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulub və nəticədə piyada hadisə yerində ölüb. Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KamAZ” markalı avtomobilin sürücüsü, Şamaxı rayon sakini Xalid Daşdıyev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 200