76 yaşlı kişini niyə küçəyə atdılar? - Oğlu danışdı (YENİLƏNİB)

76 yaşlı kişini niyə küçəyə atdılar? - Oğlu danışdı (YENİLƏNİB)


20:50     15 Avqust 2018 2018/08/39027479_286060851892048_6002235621001658368_n_4602998841.jpg


Bu gün Bakı şəhər Səbail rayonu ərazisindəki Axundov parkında kimsəsiz qoca kişi tapılıb.


Femida.az xəbər verir ki, adının Əsgərov Maarif Şıxəli oğlu olduğunu deyən şəxs 1942-ci il təvəllüdlüdür. Gəncə şəhər sakini olan 76 yaşlı qocanın dediyinə görə, o bir neçə gündür bu parkda gecələyir. Maarif Əsgərovu öz bacısı qızı Nəhayət həkim müayinəsi adı ilə Bakıya gətirib. Daha sonra onu şəhərdə qoyaraq tərk edib.

Maarif Əsgərovun sözlərinə görə, 3 oğlu, 2 qız ı var. Qızları hazırda Gəncədə yaşayır. Amma ataları ilə münasibətləri yoxdu. Həyat yoldaşı Fənarə Əsgərova isə 4 il əvvəl dünyasını dəyişib.

O, Qocalar evinə yerləşmək üçün yardım istəyir. Bunun üçün sənədlərinin qaydaya salınmasına ehtiyac var.

Xatırladaq ki, M.Əsgərov 1 aydan çoxdur ki, Gəncədən Bakıya gətirilib. İki gündür ki, Sumqayıtda qaldığı bacısı qızı onu Bakıya gətirib və burada qoyaraq tərk edib.

***

Femida.az-ın araşdırması zamanı məlum olub ki, Maarif Əsgərov təxminən 5 ay bundan əvvəl Bakı şəhərində kirayə yaşayan oğlunun evinə gəlib. Burada qalmaq istəmədiyindən Qocalar evinə getmək məqsədi ilə evdən çıxıb.

Femida.az-ın əməkdaşı Maarif Əsgərov oğlu Anar Əsgərovla əlaqə saxlayıb. Saytımıza açıqlamasında atasının yaşlı olduğunu və bunun üçün evdən getdiyini bildirib:

"Biz onu evdən qovmamışıq. Bizdən xəbərsiz evdən gəlib. Qocalar evinə getmək istədiyini də bizə deməyib", - deyə Anar Əsgərov açıqlamasında bildirib.





Miri Məcidli

Femida.az

Açar sözlər: #kişi   #qoca   #Gəncə   #Bakı  

Oxunub: 119