Güney Azərbaycandan Ermənistana tonlarla sement daşınır

Güney Azərbaycandan Ermənistana tonlarla sement daşınır

20:08     15 Avqust 2018 2018/08/ciment_1534335194.png

Güney Azərbaycanın sement zavodlarından tonlarla sement Ermənistana daşınır.



Femida.az gunaz.tv-yə istinadən xəbər verir ki, bu barədə azərbaycanlı milli-mədəni fəallar məlumat yayıb.

Onların sözlərinə görə, Güney Azərbaycanın sement zavodlarından gündə ən azı 25 TIR sement İran-Ermənistan arasındakı sərhəd keçid məntəqəsinə, oradan da işğal altında olan Dağlıq Qarabağ və Ermənistan şəhərlərinə aparılır.

Qeyd edək ki, ötən bir həftə ərzində Güney Azərbaycan və İranın digər məntəqələrində sementin qiyməti 12 faizdən çox artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 0