İtaliyada körpünün uçma səbəbi açıqlandı


21:26     15 Avqust 2018 2018/08/korpu_ucdu_1534339938.jpg

Genuya şəhərinin prokuroru Françesko Kotsi bildirib ki, avtomobil körpüsünün uçması insan səhvi səbəbindən baş verib.


Femida.az xarici KİV-lərə istinadla xəbər verir ki, Kotsi körpünün tikilməsi və ona xidmət göstərilməsi ilə bağlı işlərə dair sənədlər və ifadələrin toplanmalı olduğunu bildirib.

İtaliyanın iqtisadi inkişaf naziri Luicci Di Mayo isə hadisənin bütün məsuliyyətini avtomobil yollarının idarəsi ilə məşğul olan “Autostrade per l'Italia” kompaniyasının üzərinə qoyub. O bildirib, nazirlik artıq bu kompaniya ilə müqavilənin dayandırılması prosesinə başlayıb.

Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında üzərindən A10 avtomagistralının keçdiyi körpü uçub. Nəticədə 39 nəfərə ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 275