Lirə bahalaşmağa başladı - Türkiyədə son durum
22:55 15 Avqust 2018
Türkiyədə prezident sözçüsü İbrahim Kalın son iqtisadi vəziyyətlə bağlı açıqlama verib.
Sözçü alınan tədbirlərdən sonra vəziyyətin yaxşıya doğru getdiyini söyləyib. Onun sözlərinə görə, Türkiyə heç bir ölkə ilə iqtisadi müharibə aparmaqda maraqlı deyil.
"Lakin bizə istiqamətli hücum olanda da buna reaksiyasız qala bilmərik. ABŞ administrasiyasının qeyri-qanuni və rasional reaksiyalarına görə məzənnədə dalğalanmalar müşahidə edildi. Bu dəyişmənin Türkiyə iqtisadiyyatı ilə heç bir əlaqəsi yoxdur. Xüsusilə böyük bir iqtisadi müharibə şəraitində türk lirəsinin ucuzlaşması üçün atılan addımları gördük. Gördüyünüz kimi, dünəndən etibarən vəziyyət yaxşıya doğru dəyişib. Türkiyə iqtisadiyyatının təməlləri möhkəmdir. Hal-hazırda dünyada ən güclü bank sisteminə sahib olan ölkələrdən biri Türkiyədir. Məzənnədəki vəziyyət göstərir ki, tədbirlər nəticə verir.
Xüsusilə, 15 yaşdan yuxarı olanlar üçün işsizlik səviyyəsi 10 faizdən azdır və hədəf 9,7 faizdir. Bu, iqtisadiyyatın məşğulluq baxımından müsbət istiqamətdə hərəkət etdiyini təsdiqləyir".
Qeyd edək ki, bir neçə gündür dollar qarşısında sürətlə ucuzlaşan türk lirəsi hətta 7 lirəni ötmüşdü. Ancaq görülən tədbirlərdən sonra Türkiyənin milli valyutası möhkəmlənməyə başlayıb. Hazırda olan rəqəmlərə görə, 1 dollar 6,1 lirə civarındadır.
Femida.az
Oxunub: 620
Oxşar xəbərlər
- Türk lirəsinin ucuzlaşması Azərbaycan üçün hansı təsirlərə malikdir?
- “Bilirəm ki, xalq qovmaqla bağlı sözlərimi bəyənib” - VİDEO
- Türkiyədə başına 1 milyon lirə qoyulan “Hayri Mava” ləqəbli terrorçu tutulub - FOTO
- İlham Əliyev: "Bilirəm ki, Prezident Tramp şəxsən prosesdə iştirak edir"
- Başına 4 milyon lirə qoyulmuş PKK terrorçusu məhv edildi
- Ərdoğan Sudandakı hərbi çevrilişlə bağlı danışdı - “Nə demək olduğunu bilirəm”
- "Çək gəlirəm, çək soyunaq!” - Fahişəlik etdiyinə görə saxlanılan qadın belə etiraz etdi +VİDEO
- Türkiyədə dollar-lirə "savaşı" davam edir
- Türk polisi dolları lirəyə dəyişmək üçün növbəyə düzüldü - FOTO
- Neft Fondundan lirə və rublun ucuzlaşması ilə bağlı - Açıqlama