30 min müəllim aksiya keçirir - Yeni Zelandiyada


22:22     15 Avqust 2018 2018/08/The-d-1534342313_1534342476.jpg

Yeni Zelandiyanın paytaxtı Vellinqtonda bu gün 30 minə yaxın ibtidai və orta məktəb müəllimi tətil aksiyası keçiriblər.


Femida.az “Radio New Zealand” radiosuna istinadən xəbər verir ki, bu, Yeni Zelandiyanın son 24 illik tarixində ilk belə tətildir. Aksiyada iştirak edən müəllimlər “New Zealand Educational Institute” (Yeni Zelandiya Təhsil İnstitutu) həmkarlar ittifaqının üzvləridir. Onlar əmək haqqlarının artırılması və siniflərdə şagird sayının azaldılmasını tələb edirlər.

Müəllimlərin tətil aksiyası yüzlərlə məktəbin bağlanması və 400 min şagirdin dərslərinin ləğvinə səbəb olub. Aksiya iştirakçıları bəyan ediblər ki, əgər Təhsil Nazirliyi onların tələblərini nəzərə almasa, yenidən 2 günlük tətil elan edəcəklər. Nəticədə ölkənin baş naziri Casinda Ardern aksiya keçirən on minlərlə müəllimin qarşısına çıxaraq bildirib ki, təhsil sistemində radikal dəyişikliklərin edilməsi üçün vaxt lazımdır və bu istiqamətdə o, müəllimləri hökumətlə əməkdaşlıq etməyə çağırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 278