Paşinyanın təklifi ilə Ermənistanda yüksək vəzifəli istefaya göndərildi

Paşinyanın təklifi ilə Ermənistanda yüksək vəzifəli istefaya göndərildi


23:35     15 Avqust 2018 18_08_15_1534347379.jpg

Ermənistan Prezidenti Armen Sərkisyanın sərəncamı ilə Müdafiə Nazirliyinin idarə rəisi Norayr Yolçyan vəzifəsindən azad edilib.

Femida.az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytında informasiya dərc edilib.

"Ermənistanın Baş nazirinin təklifini əsas kimi götürərək, Müdafiə Nazirliyinin arxa cəbhə idarəsinin rəisi Norayr Yolçyanı vəzifəsindən azad edirəm", - məlumatda deyilib.

Xatırladaq ki, 2013-cü ildə Ermənistan Müdafiə Nazirliyinin arxa cəbhə idarəsinin rəisi təyin edilən və kriminal hərbi-siyasi rejimin rəhbəri Serj Sərkisyana yaxın münasibətləri ilə tanınan polkovnik Norayr Yolçyanın adı artıq bir neçə dəfə müxtəlif qalmaqallarda hallanıb. O, Ermənistan ordusunda baş vermiş korrupsiya hallarına görə tez-tez mətbuatın gündəmində olur

Açar sözlər:

Oxunub: 17