Almaniyada hökumət üçüncü cinsi qanuniləşdirdi


00:13     16 Avqust 2018 18_08_15_1534348480.jpg

Almaniya hökuməti vətəndaş vəziyyətinin qeydiyyatı kitablarına üçüncü cinsin daxil edilməsi barədə sərəncam verib.

Femida.az xəbər verir ki, bu barədə “Twitter”də ölkə DİN-i məlumat yayıb.

Düzəlişlərə əsasən, Almaniyada “kişi” və “qadın” cinsindən əlavə “interseksual” cins də olacaq.
Beləliklə, Almaniya hökuməti özünün hansı cinsə aid olduğunu müəyyən etməkdə çətinlik çəkən insanlara yardım etmək niyyətindədir.

Qeyd edilir ki, qanun layihəsi Almaniyanın Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq hazırlanıb və indi Bundestaq buna münasibət bildirməlidir.

Dünyada “üçüncü cins” həmçinin Avstriyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Kanadada, Hindistanda, Pakistanda və Nepalda tətbiq edilir.

Açar sözlər:

Oxunub: 294