ABŞ-a qarşı tətbiq ediləcək əlavə rüsumlar illik 500 milyon dollardan çox olacaq

ABŞ-a qarşı tətbiq ediləcək əlavə rüsumlar illik 500 milyon dollardan çox olacaq

00:28     16 Avqust 2018 18_08_15_1534348642.jpg

Türkiyənin ABŞ-a qarşı tətbiq edəcəyi əlavə rüsumların həcmi illik 533 milyon dollar məbləğində qiymətləndirilir.

Bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan məlumat verib.

"ABŞ Türkiyənin mühüm, amma yeganə olmayan ticarət tərəfdaşıdır. Ankaranın həmişə müxtəlif alternativ bazarlara çıxış imkanı var. ABŞ-dan idxal edilən 22 adda mala görə rüsumları iki dəfə artırdıq, əlavə rüsumların həcmi 533 milyon dollar təşkil edəcək", - nazir deyib.

R.Pekcan həmçinin yerli şirkətlərin maraqlarını ABŞ-ın ədalətsiz addımlarından qorumağa hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Türkiyə bütün addımlara analoji cavab verəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal edilən polad və alüminium üçün rüsumların iki dəfə - müvafiq olaraq, 50% və 20%-ə qədər artırılmasına dair fərman imzalayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə buna cavab olaraq ABŞ istehsalı olan bütün elektron avadanlıqları boykot edib və ABŞ-dan gətirilən bir sıra mallar üzrə rüsumları artırıb.

Açar sözlər:

Oxunub: 1