Yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib
00:54 16 Avqust 2018
Bakıda yaşayış binasında yanğın olub.
Hadisə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 42 ünvanında qeydə alınıb.
Beşmərtəbəli binanın birinci mərtəbəsində çıxan yanğın zamanı ikiotaqlı ev əşyaları ilə birgə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Binanın sakinləri təxliyyə edilib.
Yanğın baş verən evdə heç kəs olmadığından FHN əməkdaşları qapını və pəncərənin dəmir barmaqlıqlarını xüsusi alətlərlə kəsərək evə daxil olublar. Yanğının digər evlərə keçməsinin qarşısı alınıb.
Oxunub: 447
Oxşar xəbərlər
- Yaşayış binalarının damında radiorele dirəkləri və qüllələrinin quraşdırılması qadağan olunub
- Yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
- Yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı
- Yaşayış yerini tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb
- Yaşayış yerini tərk edən COVİD xəstələri saxlanıldı
- Yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
- Yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
- Yaşayış yerini tərk edən COVID-19 daşıyıcılarına cinayət işi başlanılıb
- Yaşayış məntəqələrimiz yenidən atəşə tutulur, yaralanan var
- Yaşayış zonasına çirkab suları axıdan şirkət cərimələndi