Azərbaycan millisi İsveçi məğlub edib


01:03     16 Avqust 2018 2018/08/1B6AA350-6337-4EB2-B86C-655AC1D16EA2_1534352548.jpeg

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası 2019 Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Femida.az bildirir ki, G qrupunda mübarizə aparan yığma İsveçlə üz-üzə gəlib.

Dərnəgül Voleybol Mərkəzində baş tutan qarşılaşma Azərbaycan millisinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.

İlk iki setdə rəqibinə məğlub olan yığma növbəti üç setdə qələbə qazanıb. Bu nəticədən sonra Azərbaycan millisi aktivinə 2, İsveç isə 1 xal yazdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 253