ABŞ İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb


13:51     16 Avqust 2018 ilqar%20memmedov.jpg

ABŞ ReAL partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb.


Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauertin bəyanatında bildirilib.

Qeyd edək ki, avqustun 13-də Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib.

Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəz edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 202