Kərəm Həsənov vətəndaşları qəbul edəcək
13:54 16 Avqust 2018
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov avqustun 24-də Ağsu rayonunda vətəndaş qəbulu keçirəcək.
Komitədən Femida.az-a verilən məlumata görə, qəbulda Ağsu rayonu ilə yanaşı Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vvətəndaş qəbulu saat 10:00-da Ağsu şəhərində yerləşən Uşaq Yaradıcılıq Mərkəzində keçiriləcək.
Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri, torpaqlardan istifadə qaydaları ilə bağlı qeyd edilən bölgələrin əhalisinin müraciətlərinə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Komitənin Şamaxı ərazi şöbəsi: (02026) 5-10-76, 5-75-06
Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı ərazi idarəsi: (02026) 5 01 07, (02022) 6-55-14
Oxunub: 908
Oxşar xəbərlər
- Kərəm Mustafayev Türkiyədə Hulusi Akarla görüşdü
- Kərəm Mustafayevə general-polkovnik rütbəsi verildi
- Kərəm Həsənova PA-da vəzifə verildi
- Kərəm Həsənov vətəndaşları qəbul edib
- Kərəm Həsənov İmişlidə vətəndaşları qəbul edəcək
- Kərəm Həsənovun qəbul vaxtı dəyişdirildi
- Kərəm Həsənov vətəndaş qəbulu keçirəcək
- Kərəm Həsənov Salyanda qəbul keçirib
- Kərəm Həsənov vətəndaşları qəbul edəcək
- Kərəm Həsənov vətəndaşlarla görüşəcək - TƏLƏSİN