Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlənib
14:02 16 Avqust 2018
Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.
Femida.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı 15 (on beş) nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir:
Kollegiyanın sədri:
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının hüquq şöbəsinin müdiri.
Femida.az
Oxunub: 192
Oxşar xəbərlər
- Nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edib
- Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə qaydaları dəyişdi
- Nazirliyin 26 əməkdaşı koronavirusa yoluxub - Ölən var
- Nazirliyin vəzifəli şəxslərinə cinayət işi başlanıldı
- Nazirliyin proaktiv xidmətlərinin sayı 90-na çatacaq
- Nazirliyin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilir? - AÇIQLAMA
- Nazirliyin səyyar mikroavtobusları Masallıda
- Nazirliyin sabiq əməkdaşı iş yoldaşını döydürüb - RƏSMİ
- Nazirliyin sosial sığınacaqlarına 340 nəfər qəbul olunub
- Nazirliyin tabeliyində publik hüquqi şəxslər yaradılıb - FƏRMAN