Türklər kütləvi şəkildə “iPhone”larını sındırmağa başladı - VİDEO


14:13     16 Avqust 2018 18_08_16_1534400007.jpg


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ mallarını boykota çağırmasından sonra vətəndaşlar telefonlarını sındırmağa başlayıblar.


Femida.az xəbər verir ki, əhali ABŞ-da istehsal olunmuş mallardan imtina edir.

“iPhone” istifadəçiləri öz telefonlarını sındırmaqla ABŞ mallarını boykot etməyə başlayıblar.

Sosial şəbəkələrdə yerləşdirilən video ABŞ-a etiraz dalğasının necə sürətlə geniş vüsət aldığını göstərir.

Qeyd edək ki, Ərdoğan əhaliyə müraciət edərək, hər kəsi yerli məhsulları almağa çağırıb:

“ABŞ “iPhone” istehsal edir, bizim isə heç də geri qalmayan “Vestel Venus” varımızdır”.



Femida.az

Açar sözlər: #iphone   #telefon   #Türkiyə   #ABŞ   #boykot  

Oxunub: 374