Bəxtiyar Vahabzadənin doğum günüdür


14:14     16 Avqust 2018 bextiyar%20vahabzade.jpg

Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadənin doğum günüdür.


Femida.az xəbər verir ki, Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəkidə anadan olub. 1959-cu ildə yazdığı tarixi “Gülüstan” poeması şairə məşhurluq gətirib.

Zəngin yaradıcılığı boyunca 20-dək poema, 10 dram əsəri yazıb. Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də vəfat edib. Bakıda, Fəxri Xiyabanda dəfn olunub.

Femida.az

Açar sözlər: #Bəxtiyar-Vahabzadə   #Gülüstan  

Oxunub: 341


Oxşar xəbərlər