Bakının bu hissəsində qaz olmayacaq
15:28 16 Avqust 2018
Bu gün Bakı şəhərinin Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, avtomobil yolunun tikintisi sahəsinə düşən yeni çəkilmiş diametri 530 mm-lik Əzizbəyov dairəsi Modul “30-cu sahə Qaz Paylayıcı Stansiyası” magistral qaz kəmərinin 294 metr hissəsinin və diametri 325 mm-lik, “30-cu sahə-Qazanlar Qaz Paylayıcı Stansiyası” magistral qaz kəmərinin 125 metr hissəsinin mövcüd şəbəkəyə birləşdirilməsi ilə bağlı texniki səbəblərdən qaz təchizatının dayandırılmasının 14.08.2018-ci il tarixindən 16.08.2018-ci il tarixinə keçirilməsi zəruriyyəti ilə əlaqədar, bu gün saat 10:00-dan təmir işləri tamamlananadək qaz məhdudiyyəti olacaq.
Görülən zəruri təmir işlərinin Sabunçu rayonu Bakıxanov qəsəbəsinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Bununla yanaşı, bu gün saat 10:00-dan 18:00-dək Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Məhdudiyyət istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulmuş tədbirlər planına əsasən istismara yararsız qaz tənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədardır.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Femida.az
Oxunub: 207
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb