Zakir Qaralovun qəbul vaxtı dəyişdirildi


15:42     16 Avqust 2018 Zakir_Qaralov.jpg

Baş prokuror Zakir Qaralovun avqustun 17-nə nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qəbul avqustun 24-də saat 10:00-da Saatlı rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.

Z.Qaralov həmin gün Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinlərini qəbul edəcək.

Qeyd edək ki, Baş prokurorun vətəndaş qəbulunun əvvəlcə avqustun 17-də keçirilməsi planlaşdırılmışdı.

Femida.az

Açar sözlər: #Saatlı   #Sabirabad   #Salyan  

Oxunub: 182